Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 9 milyard 996 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
ANmedia.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 faiz artaraq 5 milyard 457 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5 faiz artaraq 4 milyard 539 milyon manat təşkil edib.
Oktyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 100 min 900 ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz çox dənli və dənli paxlalı bitkilər, 981 900 ton (3,9 faiz az) kartof, 1 milyon 694 min 700 ton (1,7 faiz çox) tərəvəz, 437 600 ton (6,2 faiz az) bostan məhsulları, 787 100 ton (2,8 faiz çox) meyvə və giləmeyvə, 182 400 ton (0,1 faiz çox) üzüm, 962 300 ton (17,6 faiz çox) yaşıl çay yarpağı, 26 600 ton (əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə) günəbaxan, 47 700 ton (17,4 faiz az) şəkər çuğunduru, 2 900 ton (1,1 faiz az) tütün və 14 300 ton (63,1 faiz az) pambıq yığılıb.
9 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 424 500 ton ət, 1 milyon 682 min 900 ton süd, 1 milyon 662 min 700 ədəd yumurta, 15 100 ton yun, 357 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3,2 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 11,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3 faiz azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin