
Nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılacaq.
ANmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində nəqliyyat vasitələrinin utilizasiyası fondunun yaradılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin