2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana 145 milyon 565 min dollar dəyərində 493 min 210 ton buğda idxal edilib.
ANmedia.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 23% və ya 92 min 462 ton, məbləğ baxımından isə 1,8% və ya 2 mln. 691 min çoxdur. 2022-ci ilin ilk altı ayı ərzində Azərbaycana 142 milyon 965 min dollar dəyərində 400 min 748 ton buğda idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın bir tonunun qiyməti 17,2% və ya 61,6 dollar azalaraq 295,1 dollara (501,67 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 356,7 dollar (606,39 manat) təşkil edib.
Xatırladaq ki, cari ilin ilk altı ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,78%-nə bərabər olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin