Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 975,5 kq qızıl, 1 ton 841,3 kq isə gümüş istehsal edilib.
ANmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin I yarımili ilə müqayisədə qızıl istehsalı 29,6%, gümüş istehsalı isə 42,5% azalıb.
Qeyd edək ki, 2023-cü il iyul ayının 1-nə 352,2 kq gümüş, 101,9 kq isə qızıl hazır məhsul ehtiyatı yaranıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin