6 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Sudan Respublikasının xarici işlər və regional əməkdaşlıq naziri səlahiyyətlərini icra edən Denq Dau Denq Malek ilə görüşüb.
Görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji əhəmiyyətli enerji layihələri, habelə SOCAR-ın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, Cənubi Sudanın zəngin enerji resurslarından bəhs edilib.
Görüş çərçivəsində, həmçinin infrastruktur layihələri, təcrübə mübadiləsi, dayanıqlı enerji təchizatı və enerji sektorunda əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin