“Azza” MMC Balakəndə icra olunacaq bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.
ANmedia.az xəbər verir ki, bu sözləri Mikayıl Cabbarov özünün “Twitter” hesabında paylaşıb.
Qeyd edək ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2 726 layihə üzrə 145,9 milyon manat güzəştli kredit ayrılıb.
Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin