
Bərdə şəhərində “SOCAR PETROELUM” QSC-yə məxsus “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
Şirkətdən ANmedia.az-a verilən məlumata görə, Bakı küçəsində istifadəyə verilən YDS-də 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. “Aİ-92”, “Aİ-95” Premium, “Dizel” və LPG (maye neft qazı) markalı yanacaq məhsullarının satışının həyata keçiriləcəyi YDS-də nağdsız satış üçün POS-terminallar fəaliyyət göstərəcək.
Qeyd edək ki, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 24 yeni iş yeri də yaradılıb. Yeni YDS-lər, eyni zamanda ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.
Bərdədə fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 47-yə çatdırılıb. Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.
“SOCAR PETROELUM” QSC-nin starateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayının artırılması gözlənilir.





Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin