
Dünya bazarlarında neft bahalaşmaqda davam edir.
Anmedia.az xəbər verir ki, “Brent” neftinin mart fyuçersləri 2,94% bahalaşaraq, 1 bareli 83,25 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 3,57% artaraq, 1 bareli 81,02 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti bundan əvvəl 2021-ci il noyabrın 16-da ilk dəfə bir barel üçün 83 dolları keçib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin