Bu ilin yanvar-iyun ayları ərzində Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi 895 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,1% çoxdur.ANmedia.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar Azərbaycan və Hindistan arasında turizm sahəsində fəaliyyət göstərən şirkətlərin onlayn B2B görüşündə çıxış edərkən deyib.Onun sözlərinə görə, ötən il ikitərəfli ticarət dövriyyəsi 739 mln. dollar civarında olub.
“Hazırda Hindistan Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir”, - deyə Vinay Kumar qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








