
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2022-ci il iyulun 1-nə 1,9% artaraq 7 milyard 371,9 milyon dollara yüksəlib.
Anmedia.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə isə 4,2 % artıb. Belə ki, 2021-ci ilin sonunda AMB-nin valyuta ehtiyatları 7 milyard 72,7 milyon dollar təşkil etmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin