2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barrel olub. Bunun 566,3 min barrelini xam neft, 117,8 min barrelini isə kondensat təşkil edib.
Bu barədə Anmedia.az-a Energetika Nazirliyindən bildirlib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olması nəzərdə tutulurdu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin