Modern.az-ın məlumatına görə, deputat konkret olaraq Xocalı sakinlərini misal göstərib. O, “Torpaq icarəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Xocalıya köçən ailələrə 1 metr də torpaq icarəyə verilmir.
“Qarabağda icarəyə verilən torpaqlarda bir nəfər də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib”.
Aqil Abbas torpaqları ora köçən sakinlərə verməyə çağırıb:
"Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də! Böyük tikinti-quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm. Bununla ciddi məşğul olmaq lazımdır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin