Türkiyənin İstanbul şəhərində yerləşən məşhur Topqapı Saray Muzeyi və Rəqəmsal Təcrübə Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq müzakirə olunub.
ANmedia.az xəbər verir ki, bu barədə "Report"un Ankara bürosuna Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində olan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Məlumata görə, Mərkəzin direktoru Samir Abbasov Türkiyə Prezidentinin Milli Saraylar İdarəsi Topqapı Sarayı dairə başçısı İlhan Kocamanla görüşərək ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Görüşdə İlhan Kocaman Osmanlı İmperiyasının 600 illik tarixini özündə əks etdirən Topqapı muzeyi haqqında məlumat verib. O, sözügedən mədəniyyət ocağının Türkiyə Cümhuriyyəti qurulduqdan sonra - 3 aprel 1924-cü ildə cümhuriyyətin ilk muzeyi olduğunu qeyd edib.

Diplomat Samir Abbasov Topqapı Saray Muzeyində Azərbaycan tarixi üçün də əhəmiyyətli eksponatların yer aldığını deyib və gələcəkdə birgə layihələr əsasında bu eksponatların Azərbaycanda da nümayiş etdirilməsi, Azərbaycan mədəniyyətinə dair sərgilərin isə Sarayın qalereya və salonlarında sərgilənməsinə dair təkliflərini irəli sürüb.
Sarayda Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi razılaşdırılıb.
Bundan başqa, İstanbuldakı muzey sahəsində qabaqcıl təcrübə olan İstanbul Rəqəmsal Təcrübə Muzeyi ilə də Azərbaycan Mədəniyyət Mərkəzi rəhbərliyi arasında tanışlıq olub, muzey rəhbərliyi ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin