![](/uploads/posts/2024-05/1715602110_1000290902.jpg)
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib.
ANmedia.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub.
Son illər ərzində M. Məmmədova Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.
![](/uploads/posts/2024-05/1715602178_1000290903.jpg)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin