
Azərbaycanın minifutbol millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb.
ANmedia.az xəbər verir ki, yığmamız ilk matçını iyunun 2-si, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək.
Komandamızın növbəti görüşü iyunun 3-ü, saat 19:00-da İtaliyaya qarşı olacaq Elşad Qulyevin yetirmələri iyunun 4-də isə Fransa ilə qarşılaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin