Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısının ilk onluğunda Azərbaycanın bir təmsilçisi yer alıb.
 
Anmedia.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 2767 xalla 9-cu pillədəki yerini qoruyub. Siyahıda Teymur Rəcəbovun da mövqeyi dəyişməyib. 2753 xalı olan qrossmeyster 14-cü sırada qərarlaşıb. Əvəzində 1 pillə irəliləyən Qədir Hüseynov (2 661) 76-cı sıraya yüksəlib. Rauf Məmmədov isə 2 656 xalla 87-ci yerdə qalıb.
 
Norveçli dünya çempionu Maqnus Karlsen 2865 xalla yenə siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren isə 3-cüdür.
 
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 470) 24-cü, Gülnar Məmmədova (2 387) 66-cı, Xanım Balacayeva isə (2 376) 80-ci pillədə yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  