
Gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən “Azfar Group” mini-futbol meydançaları kompleksində Azərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb.
Nazirlikdən Anmedia.az-a verilən məlumata görə, federasiyanın infrastrukturu ilə tanış olan F.Qayıbov iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxta qədər görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.

 
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








