
Azərbaycan millisinin iki oyunçusu klubunu dəyişib.
Anmedia.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadn xəbər verir ki, “Araz-Naxçıvan”dan ayrılan Amir Şojaei Qazaxıstanın “Bayterek” klubuna keçib. Futzalçının viza işləri artıq həllini tapıb və o, sabah yeni komanda yoldaşlarına qoşulacaq.
Avropa çempionatının final mərhələsində özünü yaxşı tərəfdən göstərən Rafael Vilela isə Rusiyanın “Tümen” klubu ilə anlaşıb. Hazırda Rusiya Superliqasına başçılıq edən bu komanda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda da iştirakını davam etdirir. Hücumçu yeni klubu ilə müqaviləyə imza atıb və artıq o, “Tümen”in düşərgəsindədir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








