
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.
ANmedia.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








