
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin proqramı bəlli olub.
Anmedia.az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi tviter hesabına istinadən xəbər verir ki, yarış iyunun 10-da yerli vaxtla saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq. Saat 18:00-da isə ikinci test yürüşü gerçəkləşəcək.
İyunun 11-də saat 15:00-da üçüncü sərbəst yürüş, saat 18:00-da isə sıralama turu olacaq. Nəhayət, iyunun 12-də əsas yarış saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








