
ANmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.
Ölkəmizi təmsil edən komanda iyulun 16-sı Xorvatiyaya yola düşüb.
Komandamız qrup mərhələsini birinci yerdə başa vurub və 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyilə həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin