
Dünya çempionatının ilk günü komandamız üçün uğurlu oldu.
INBA/PNBA Qlobal Azərbaycan birliyinin mətbuat xidmətindən verilən məlumata görə bu gün İspaniyanın Tarragona əyalətinin Salou şəhərində təşkil olunan natural bodibildinq və fitnes üzrə Dünya çempionatında atletimiz Xudadar Həmidov "Men's Classic Physique Open" kateqoriyada çempionatın qalibi olub və peşəkar liqaya vəsiqə qazanıb.
Xudadar Həmidov həmçinin "Men's Athletic" kateqoriyadada finala yüksələrək 4-cü yerə layiq görülüb və ümümilikdə aktivinə 2 medal yazdırıb.
Atletimizi təbrik edir yeni-yeni uğurlar arzulayırıq!




Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin