Millimizin dünya çempionatındakı oyunlarının vaxtı açıqlanıb. Minifutbol üzrə Azərbaycan millisinin dünya çempionatında keçirəcəyi oyunların vaxtı dəqiqləşib.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Komandamızın Bakıdakı mundialın qrup mərhələsində keçirəcəyi oyunların başlama saatları bəlli olub. Mayın 21-də Bəhreynə qarşı baş tutacaq ilk görüş saat 20:30-da başlayacaq.
İki gün sonra Sloveniya ilə üz-üzə gələcək millimiz saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fiti saat 19:30-da veriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin