
Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.
ANmedia.ax Oxu.Az-a istinadən xəbər verir ki, bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb."Bank Respublika Arena" keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Görüşdə hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə "status-kvo" bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.
Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.
Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.
Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.
Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin