
ANmedia.az Prosport.Az-a istinadən xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:– Gözləntilərimiz, əlbəttə ki, qələbədir. Sonda hər zaman bir qalib olur. Qələbə istəyini komandaya aşılamağa çalışırıq. Təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq.
– Azərbaycan millisi ilə tanışsınız?
– Bəli. Bizim skautlarımız var. Analitiklərimizlə rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək rahatdır. Mən daha çox oyunu öz komandam üzərindən düşünürəm. Azərbaycan millisi yaxşı rəqibdir.
– Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiniz?
– Müəyyən fikirlərim var. Hələ bir məşqimiz də olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəyəm.
– Zədəli futbolçularınız var?
– Bura gətirilən 23 oyunçudan zədəli və ya hazır olmayan yoxdur. Hər kəs oynaya bilər
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin