
ANmedia.az xəbər verir ki, bu barədə o, öz instaqram hesabında paylaşım edib.
Belə ki, federasiyanın fəxri prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin rəhbərliyi altında federasiyanın toplantısı keçirilib.
Toplantıda millinin sabiq baş məşqçisi və bundan öncəki iclasda icraçı direktor təyin edilmiş Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov və Eduard Məmmədov vitse-prezident təyin edilib.
Federasiyanın İdarə Heyətinin sədr müavini də olan Eduard Məmmədov həm də Bakı regionu üzrə nümayəndə olacaq.
Bunadək millidə məşqçi işləyən Telman Məhərrəmov isə böyüklərdən ibarət yığmaya baş məşqçi təyin olunub.
Federasiyanın prezidenti postu isə yenidən Orxan Əliyevə həvalə edilib.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin