
Dünya boksunun canlı əfsanəsi Mayk Tayson tanınmış bloqer Ceyk Pola məğlub olub.
ANmedia.az xəbər verir ki, Texas ştatının Arlinqton şəhərindəki AT&T arenasında təşkil olunan döyüşdə hakimlərin qərarı ilə Ceyk Pol qələbə qazanıb. Qarşılaşma 8 raunddan ibarət olub.
Gərgin mübarizə şəraitində keçən döyüş Ceyk Polun 78:74 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, Mayk Tayson və Ceyk Pol döyüşdən hər birinə təxminən 20 milyon dollar qazanacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin