
“Neftçi”, nəhayət ki, Qara Qarayevlə yollarını ayırıb.
ANmedia.az xəbər verir ki, “Ağ-qaralar” bir müddətdir danışıqlar apardığı Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa birtəhər son qoyub. Paytaxt təmsilçisi bunun üçün təzminat ödəməyə razılaşıb. Qarayevə 5 aylıq maaşı həcmində kompensasiya verilib.
Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin