Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb.
ANmedia.az Prosport.Az-a istinadən xəbər verir ki, Təşkilat Komitəsinin sədri vəzifəsinə gənclər və idman naziri təyin edilib.
Bundan başqa, Sərəncama əsasən, Təşkilat Komitəsinə fövqəladə hallar nazirinin, maliyyə nazirinin, mədəniyyət nazirinin, iqtisadiyyat nazirinin, daxili işlər nazirinin, rəqəmsal inkişaf və nəqliyyat nazirinin, elm və təhsil nazirinin, xarici işlər nazirinin, gənclər və idman nazirinin, səhiyyə nazirinin, Dövlət Gömrük Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Dövlət Miqrasiya Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin, Dövlət Turizm Agentliyi sədrinin müavinləri təyin ediliblər.
Təşkilat Komitəsində həmçinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini, Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “CBC Sport” televiziya kanalının baş direktoru təmsil olunacaq.
Dövlət başçısnın imzaladığı sənədə əsasən, Təşkilat Komitəsinə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, Bərdə, Gəncə, Şəhər, Goranboy, Göygöl, İsmayıllı, Qazax, Qəbələ, Mingəçevir, Naftalan Şəhər, Şəki Şəhər, Şəmkir, Tərtər, Tovuz rayonları, Yevlax Şəhər icra hakimiyyətləri başçılarının müavinləri daxil edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin