
Azərbaycanın futzal millisi FIFA reytinqində 29-cu pillədə qərarlaşıb.
ANmedia.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komandanın 1139.38 xalı var.
Reytinq cədvəlinə 5 qat dünya çempionu Braziliya yığması başçılıq edir. Mundialın son qalibi Portuqaliya ikinci, İspaniya üçüncüdür. Millinin AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərindən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sırada yer alıb.
Qeyd edək ki, FIFA futzal üzrə yığmaların reytinq cədvəlini ilk dəfədir açıqlayır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin