ANmedia.az Report-a istinadən xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da olimpiadada təmsil olunacaq.
I-S kateqoriyalı referi Asif Şirəliyev ilk dəfə Tokio-2020-də debüt edib. 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək, həmyerlimizə məsul yarışda etimad göstərib.
Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn olimpiadada iş başında olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin