Azərbaycan cüdoçularının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə böyüklər arasında keçiriləcək dünya çempionatında rəqibləri müəyyənləşib.
ANmedia.az Cüdo Federasiyasından verilən məlumata istinadən bildirir ki, bu gün yarışın püşkü atılıb.
Püşk nəticəsində cüdoçularımızın ilk rəqibləri bəlli olub:
Qadınlar
48 kq
Leyla Əliyeva - Kristina Dudina (Fərdi Neytral İdmançılar)
57 kq
Acelya Toprak - Bayit Kussakbayeva (Qazaxıstan)
Kişilər
60 kq
Balabəy Ağayev - Muhammadsoleh Quvatov (Tacikistan) / Miçel Avqusto (Braziliya) görüşünün qalibi ilə
Turan Bayramov - Ariunbold Enxtayvan (Monqolustan)
66 kq
Yaşar Nəcəfov - Vilcar Lipard (Estoniya) / Baul An (Cənubi Koreya) görüşünün qalibi ilə
Kamran Süleymanov - Mohamed Abdelmavqoud (Misir)
73 kq
Hidayət Heydərov - Akil Qyakova (Kosovo) / Faye Ncye (Qambiya) görüşünün qalibi ilə
81 kq
Zelim Tçkayev - Antonio Espozito (İtaliya)
90 kq
Elcan Hacıyev - Eduard Trippel (Almaniya)
Vüqar Talıbov - Con Cayne (ABŞ)
100 kq
Zelim Kotsoyev - Pyotr Kukzera (Polşa) / Yonqhon Von (Cənubi Koreya) görüşünün qalibi ilə
Qeyd edək ki, Azərbaycan millisi mundialda 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq. Çempionatda fərdi yarışlar mayın 19-23-ü aralığında baş tutacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin