Azərbaycana gəlmək mənim üçün həmişə xoş olub.
ANmedia.az “Report”un məlumatına istinadən bildirir ki, bu sözləri Bakıda keçiriləcək Dünya Kubokundan əvvəl təşkil olunan mətbuat konfransında Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) Texniki Komitəsinin üzvü Abdulla Al Hamadi deyib.
ISSF rəsmisi Bakıda təşkilatçılığın həmişə yüksək səviyədə olduğunu bildirib: "Dünyanın müxtəlif ölkələrində olmuşam. İnanın, bu cür şərait hər yerdə olmur. Belə qonaqpərvərliyə və təşkilatçılığa görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Atıcılıq Federasiyasının prezidenti Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Hava limanından bura qədər hər şey möhtəşəm idi. Bizi qarşıda maraqlı mübarizə bizi gözləyir".
Qeyd edək ki, Dünya Kuboku mayın 2-dən 11-dək təşkil olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin