Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda çıxışını başa vurub.
ANmedia.az xəbər verir ki, təmsilçimiz Milli Gimnastika Arenasında təşkil olunan yarışda fərdi mübarizədə fəxri kürsüyə yüksələ bilməyib.
Onun lentlə proqramının icrası 30.600 xalla qiymətləndirilib. Nəticədə milli üzvü 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Z.Ağamirova daha öncə halqa ilə çıxışda 5-ci olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin