"Oyuna çox yaxşı başladıq, amma ilk hissədə meydanın mərkəzində çoxlu boşluq verdik və ikinci toplarda rəqibə uduzmağa başladıq".
Anmedia.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdiyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis ikinci yarıda daha sıx oynadıqlarını bildirib: "Yaxşı qol vurduq. Bir neçə əla hücum təşkil etsək də, bunları qola çevirə bilmədik. İki komandanın ifasında maraqlı oyun oldu. İnanıram ki, azarkeşlər də razı qaldılar. Hələ heç nə dəyişməyib, şanslar yenə bərabərdir".
O, meydanda görülən işin keyfiyyətindən razı qaldığını söyləyib: "Futbolçulıar meydanda yaxşı təsir bağışladılıar. Təlim-məşq toplanışında iddialı rəqiblərlə qarşılaşdıq. Oyundan-oyuna artırırıq. Transfer pəncərəsinin bağlanmasına 1 həftə qalıb. İnanıram ki, yeni oyunçu almaq üçün hələ də şanslarımız var".
Bu yaxınlarda bir neçə yeni futbolçunun komandaya qoşulacağını deyən rusiyalı baş məşqçi braziliyalı tanınmış hücumçu Vaqner Lava təklif göndəridklərini etiraf edib: "Onun bura gəlməsini istəyirdik. Təklif də göndərmişdik. Sadəcə, Danimarkada oynamağı seçdi. 100-dən çox futbolçuya baxmışıq. Hazırkı oyunçulardan da razıyam".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin