
Türkiyənin Antalya şəhərində təşkil olunan "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq.
ANmedia.az xəbər verir ki, təmsilçilərimiz bu gün iki çəki dərəcəsində güclərini sınayacaqlar.
73 kq-da Vüsal Qələndərzadə Keysey Nakano (Filippin) ilə, Rəşid Məmmədəliyev isə Mark Xristovla (Bolqarıstan) qarşılaşacaq. Omar Rəcəblinin (81 kq) ilk rəqibi Joao Fernando (Portuqaliya) olacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








