
“Qalatasaray”da qapıçı axtarışları başa çatıb.
Anmedia.az xəbər verir ki, Fernando Musleranın zədələnməsindən sonra arzulanan performansdan uzaq olan Fatih Öztürk və İsmail Çipe ilə kifayətlənməyən “Cim-Bom” “Barselona”dan İnyaki Penya ilə anlaşıb. Klubla ispan qapıçı arasında artıq icarə müqaviləsi imzalanıb.
İstanbul komandası bu transfer üçün Kataloniya klubuna icarə haqqı ödəməyəcək və mövsümün sonunda Penya “Barselona”ya qayıdacaq.
Qeyd edək ki, 2018-ci ildən “Barselona”nın B Komandasının qapısını qoruyan futbolçu 63 matçda meydana çıxıb və 22 matçda rəqiblərinin qol vurmasına imkan verməyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








