Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən Kosiki Karate-do Federasiyasının kudo üzrə uşaqlardan ibarət yığması Maltada keçirilən Avropa birinciliyində uğurla çıxış edib.
AKF-nin mətbuat xidmətindən ANmedia.az-a verilən məlumata görə, baş məşqçi Nazim Mövsümzadənin rəhbərliyi ilə yarışa yollanan 5 idmançı - Zeynəb Mövsümzadə, MirRauf Əlizadə, Murad Axundov, İsmayıl Nağıyev və Cavid Məmmədov 13 ölkədən olan rəqibləri ilə mübarizə aparıblar.
43 kq çəki dərəcəsində çıxış edən Zeynəb Mövsümzadə yarımfinalda Malta, final döyüşündə isə Ukraynadan olan idmançılara qalib gələrək qızıl medal qazanıb. İsmayıl Nağıyev (32 kq) isə çempionatda nümayiş etdirdiyi ən yaxşı texnikaya görə xüsusi mükafatla - diplom və kubok ilə təltif olunub.
Qeyd edək ki, Avropa birinciliyində Azərbaycanı hakim qismində Rəşad Quliyev və Sevinc Mövsümzadə təmsil ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin