Real Aykido özünümüdafiə sənəti üzrə "Respublikadaxili 10-cu Kəmər İmtahanı" başlayıb.
ANmedia.az xəbər verir ki, "Qarabağ Azərbaycandır!" devizi altında keçirilən seminarda 300 aykidoçu iştirak edib. Sınaqda idmançılar sarı və narıncı kəmər uğrunda normativləri yerinə yetirməlidir. İmtahandan uğurla keçən idmançılar sonda yeni kəmər sahibi olacaq və mayda keçiriləcək beynəlxalq seminarda iştirak hüququ əldə edəcəklər.
Qeyd edək ki, Real Aykido özünümüdafiə sənəti üzrə Azərbaycanda hər il yerli və beynəlxalq seminarlar, imtahanlar təşkil edilir. Əsas məqsəd isə gənclərdə təcrübəni artırmaq üçün şərait yaratmaqdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin