Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın iki idmançısı finala yüksəlib, üçü bürünc medal qazanıb.
ANmedia.az xəbər verir ki, Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşi 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesabı ilə üstələyib.
Avropa çempionumuz ardıcıl ikinci dəfə qitə birinciliyində finala yüksəlib. N.Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. O, finala gedən yolda Rafiq Əmirxanovu (Rusiya) məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).
Yarımfinalda rəqiblərinə uduzan Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) isə Avropa çempionatının bürünc mükafatına yiyələniblər.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin