Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatına bu gün yekun vurulacaq.
Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq.
Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) yarışa 1/16 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq Laşa Bekauri (Gürcüstan) və Harri Lovell-Hyuitt (Böyük Britaniya) ilə üz-üzə gələcəklər.
Uşanqi Kokauri (+100 kq) isə bu raunddan azaddır. 1/8 finaldan mübarizəyə başlayacaq idmançının rəqibi Mirça Kroytoru (Rumıniya) – Marius Fizel (Slovakiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin heyətində Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin