Azərbaycan stolüstü tennisçiləri daha bir beynəlxalq yarışa qatılacaqlar.
ANmedia.az xəbər verir ki, oktyabrın 27-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Riga City Council's Youth Cup” turnirində 11 idmançımız gücünü sınayacaq.
Millinin məşqçiləri Fərhad İsmayılov, Ramil Cəfərov və Zakir Cavadovun rəhbərliyi altında qızlar arasında Arzu Aslanova, Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Banu Baytallı və Xədicə Eylazova mübarizə aparacaqlar. Oğlanların turnirinə isə Hüseyn Eylazov, Rüstəm Hacılı, Tunar Bağırov, Şakir Qədirov və Adil Əhmədzadə qatılacaqlar.
Qeyd edək ki, beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin