Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Milli Karate Federasiyasının 18 idmançısı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında iştirak edəcək.ANmedia.az Federasiyadan verilən məlumata istinadən bildirir ki, kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli (61kq) və İrina Zaretska (68 kq) qüvvələrini sınayacaqlar.
Kişilərin komanda yarışlarına Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər ikisi 67 kq) və Murad Hacızadə (+84 kq) qatılacaqlar. Qadınlarda isə fərdi yarışlarda çıxış edəcək karateçilər döyüşəcəklər.
Katada Roman Heydərov bacarığını nümayiş etdirəcək.
Parakaratedə məşqçilər heyəti Nihat Məmmədzadə, Eldar Əhmədov, Emiliya Mitlinova, Xalıqov Vidadi və Ariana Mitlinovaya güvənəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








