Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokuna qələbə ilə başlayıb.
ANmedia.az Azərbaycan Boks Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda Adrian Krusla (İspaniya) üz-üzə gəlib.
Döyüş boksçumuzun xeyrinə yekunlaşıb. İsgəndərov 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Şamil Əskərov (57 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq), və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.
Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 boksçumuz rinqə çıxacaq. Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5) Lounes Hamraoui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya) və Eldar Quliyev (86 kq) Aleksey Alfiorovla (Belarus) döyüşəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin