Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb.
ANmedia.az Azərbaycan Boks Federasiyasından verilən məlumata istinadən bildirir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Ciftçini mübarizədən kənarlaşdırıb.
O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Əskərov 1/4 finalda ispaniyalı Qabriel Eskobarla döyüşəcək. Görüş oktyabrın 11-də olacaq.
Rauf Rəhimov (92 kq) isə Enmanuel Reyeslə (İspaniya) qarşılaşıb və məğlub olaraq yarışla vidalaşıb.
Qeyd edək ki, 29 ölkədən 156 boksçunun qatıldığı Avropa kubokunun ikinci günü Azərbaycanın üç idmançısı rinqə çıxacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin