Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk dövrəsində ən çox oyun idarə edən hakimlər bəlli olub.
ANmedia.az “Report”a istinadən bildirir ki, İnqilab Məmmədov siyahının ilk pilləsində qərarlaşıb.
10 gün sonra 40 yaşı tamam olacaq ədalət təmsilçisi 5 qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirib.
FİFA referiləri Əliyar Ağayev, Rauf Cabarov və Cavid Cəlilov hərəyə 4 belə görüşə təyinat alıblar. Digər FİFA referisi Elçin Məsiyev və 5 həmkarı isə 3 dəfə ədaləti qoruyublar.
II turun “Sumqayıt” - “Sabah” oyunu təxirə salındığına görə, ilk dövrədə 44 matç baş tutub.
Azərbaycan Premyer Liqasında ilk dövrədə hakimlər:
İnqilab Məmmədov - 5 oyun;
Əliyar Ağayev - 4 oyun;
Cavid Cəlilov - 4 oyun;
Rauf Cabarov - 4 oyun;
Elçin Məsiyev - 3 oyun;
Tural Qurbanov - 3 oyun;
Kamal Umudlu - 3 oyun;
Kamranbəy Rəhimov - 3 oyun;
Rəşad Əhmədov - 3 oyun;
Rəvan Həmzəzadə - 3 oyun;
Emin Əliyev - 2 oyun;
Rauf Allahverdiyev - 2 oyun;
Əli Əliyev - 2 oyun;
Fərid Hacıyev - 1 oyun;
Nicat İsmayıllı - 1 oyun;
Kamran Əliyev - 1 oyun.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin