Azərbaycanın yeniyetmə şahmatçıları Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olublar.
ANmedia.az Şahmat Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, yığma buna dörd qızıl, iki gümüş və bir bürünc medal qazanmaqla nail olub.
Turnirdə mükafatlandırma mərasimi də baş tutub. Qalib və mükafatçılara medal, diplom, o cümlədən kubok təqdim edilib. Çempion şahmatçılarımızın şərəfinə dörd dəfə Azərbaycan Himni səsləndirilib.
Xatırladaq ki, Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal əldə ediblər. Azərbaycan şahmatçıları ilk dəfə yeniyetmələrin qitə çempionatında dörd qızıl medal qazanmaqla rekord nəticəyə imza atıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin