Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.
ANmedia.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsi məlumat yayıb. Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal
qazanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin