Azərbaycan boksçusu Sübhan Babayev Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
50 kq çəkidə çıxış edən idmançı ikinci döyüşündə Maksim Çekini (Ukrayna) sınağa çəkib.
Startda Ahmet Yılmaza (Türkiyə) qalib gələn S.Babayev bu dueli də aktivinə yazıb. O, rəqibini 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məktəblilər arasında Avropa çempionu 1/4 finalda ingiltərəli Riza Safari ilə üz-üzə gələcək. Görüş iyulun 26-da olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin