
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb.
ANmedia.az xəbər verir ki, gənc forvard İsveç Allsvenskanının XVI turunda “Elfsborq”a qarşı oyunda debüt edib. O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib.
Hazırda matçda üstünlük rəqib klubdadır, “Yurqorden” 0:4 hesabı ilə məğlub durumdadır.
Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, son olaraq "Qarabağ"ın uğurları üçün çalışıb..
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin